Sosial bazası tükənən Milli Şuranın siyasi əxlaqsızlığı
9 İyul 2020 16:39 SiyasətŞura üzvlərinin davranış tərzinə çevrilən bu əxlaqı cəmiyyətə aşılamaq niyyətindədirlər
Milli Şura adlanan qurumda son zamanar baş verən hadisələr, xüsusən bu qurumun sosial çəbəkələrdə apardığı müzakirələr cəmiyyətin lağlağı obyektinə çevrilib. "Sözün düzünü zarafatla deyərlər" məsəlinə söykənsək, əslində MŞ-ın sosial şəbəkələrdə apardığı müzakirələr, müzakirəyə çıxarılan məsələlər və bu "müzakirə" zamanı işlədilən qeyri-etik ifadələr cəmiyyətdə narahatçılıq doğurmaqdadır. Narahatçılıq ondan ibarətdir ki, əgər özünü siyasi təşkilat elan edən bir qurum üzvləri özlərinə hörmət etməyərək fikirlərini söyüşlə ifadə edirlərsə, onlardan cəmiyyətə qarşı hansı hörməti gözləmək olar? Hələ üzvlər arasında millətin, dövlətin qanına susamış, şəxsi maraqlarını hər şeydən üstün tutmuş maddiyyat hərisləri olduğu halda onların hakimiyyətindən hansısa mərhəməti gözləmək olar? Bax, indi cəmiyyəti düşündürən bu təzadlı fikirlər deyəsən Şura üzvlərinin heç vecinə də deyil. Əks halda söylədikləri tərbiyəsiz fikirlərə bəraət qazandırmağa çalışmazdılar, ən azı təmsil etdikləri qurum üzvlərindən üzr istəyərək qələt etdiklərini etifar edərdilər. Xalqdan ona görə üzr istənilməsini yzmadım ki, onsuz da MŞ üzvləri xlaqı aşağılamaqdan zövq alırlar, belə halda onları nəyəsə vadar etmək "insafsızlıq" olardı. Onların təbiri ilə desək, "demokratik, insan hüquqlarının bərqərar olduğu" bir cəmiyyət quracaqlarını bəyan edən siyasi təşkilat üzvləri məqsədlərinə çatmaq üçün yollar aramaq, alternativ təkliflərlə çıxış etmək əvəzinə, keçirdikləri videokonfranslarda özlərinin əsil simalarını ortaya qoyaraq kimi gəldi şərləmək, təhqir etməklə məşğul olurlar. "Bizim kimi düşünməyən bizdən deyil" prinsipindən yaxa qurtara bilməyən kəsimlər hətta öz düşərgələrində təmsil olunan müxalifət partiyalarının təmsilçilərini təhqir etməkdən belə çəknmirlər. Bir müddət əvvəl geyləri təhqir edən MŞ üzvləri artıq sərhəd tanımadan "söyüş müxalifəti" missiyasını üzərinə götürüb.
Mİlli Şuranın son videokonfransında Rahim Hacıyev tərəfindən AXCP sədri Əli Kərimlinin "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi sözn əsil mənasında cəmiyyətdə bir ironiya doğurub. Məqsədli şəkildə ortaya atılan absurd bəzətmə iddiasına təşkilatın sədri Cəmil Həsənlinin və üzvü Vidadi Mirkamalın etirazı heç bir əhəmiyyət kəsb etməyib. Əvəzində Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP və Milli Şuraya dividendlər qazandırdığı fikirləri səsləndirilib. Görüntü ondan ibarətdir ki, bu iddiadan feyziyab olan Əli Kərimli təşkilat üzvlərini ciddi olmağa, nalayiq ifadələr işlətməməyə çağımaq əvəzinə, baş verənləri malalamağa çalışır. Əli Kərimli videokonfransda işlədilən qeyri-etik ifadələrlə bağlı mətbuata verdiyi açıqlamasında hadisəyə öz arqumentindən yanaşaraq baş verənlərə bəraət qazandırıb. Təxminən belə bir fikir işlədib ki, "təsəvvür edirsiz, insanlar evlərində yaxın dostları ilə söhbət edəndə hansı ifadələr işlədirlər? Bu adamlar uzun müddət informasiya blokadasında olub, publik danışmaq imkanında olmayıb. Ona görə, bunun yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirəm". AXCP sədrinin açıqlamasından belə məlum olur ki, Əli Kərimli yaxşı bilir ki, videokonfransda qeyri-etik ifadələrin işlədilməsi haradasa məsuliyyət yaradır. Ona görə də bunu yüngülləşdirici hal kimi qələmə verməyə çalışır. İkinci, evlərində nalayiq ifadələr işlədən insanlar heç də Ə.Kərimli kimi prezidentlik iddiasında deyil, onun cəmiyyətə siyasu əxlaq nümunəsi etdirməsinə ehtiyac yoxdur. Ancaq buna da şükür, yaxşı ki, Əli Kərimli Sovet ordusunda xidmət etməyib, yoxsa orada işlədilən bütün nalayiq ifadələri siyası danışıq mədəniyyətinə çevirərdi. Ancaq deyəsən, Əli Kərimli videokonfransda işlədilən qeyri-etiq ifadələri cəmiyyətə siyasi mədəniyyət etiketi kimi sırımağa çalışır. Budurmu, Milli Şuranın siyasi əxlaqı? Görünür, MŞ üzvlərinin davranış tərzinə çevrilən bu əxlaqı cəmiyyətə aşılamaq niyyətindədir. Sosial bazası tükənən, heç bir alternativ proqram ortaya qoya biməyən Milli Şura siyasi əxlaqsızlıqla gündəmdə qalmaq yolu seçib. Ona görə də şər, böhtan atmaq, təhqir etmək, nalayiq ifadəər işlətmək qurum üzvləri üçün adi davranış tərzidir. Göründüyü kimi, dəfələrlə təsdiq olunub ki, sosial bazadan tamamilə məhrum olan dağıdıcı müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Çünki Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Ona görə də, insanlar bu partiyalara etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər. Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənən, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura" fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil.
"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib ki, bu gün ölkədə demokratiyadır, söz azadlığıdır, kim nə istəyirsə deyir, amma, Məmməd Əmin Rəsulzadə o zamanın tələbi idi və bu gün elə bir tələb yoxdur. İctimai Birliyin sədri qeyd edib ki, bu gün sabit dövlətimiz var, bu sabit dövlətin başında Cənab İlham Əliyevdir, bütün mümkün işlərlə xalqa xidmət edir və məmurlara da tapşırıb ki, xalqın qulluöunda olsunlar: "Adi bir misal çəkim ki, şəhərimizin bütün mərkəzi küçələri, ara küçələri, binalar, bloklar dərmanlanır, təmizlənir. Bax iş budur. Yəni, kiminsə nə isə deməyinin vaxtı deyil. Hal-hazırda düşmənimiz ermənidir və bir də dünyanı bürüyən koronavirusdur. Umumiyyətlə, bu gün müxalifət düşərgəsinin, radikalların kimi isə kiməsə oxşatması, bənzətməsi barədə fikirləri söz azadlığından sui istifadədir. Ancaq, söhbət bu fikrin kimin qəbul etməsindən, kimin qəbul etməməsindən gedir. Bunu əksəriyyət qəbul etmir. Edən də varsa özü bilər. Mənim üçünsə bu qəbul olunmayandır. Bizim Prezidentimiz Cənab lham Əliyevdir və mən hər zaman ona uğurlar arzu edirəm. Prezidentimiz hər zaman xalqının qeydinə qalır və çalışır ki, insanların, vətəndaşlarımızın güzəranı yaxşılaşsın, dünyamız salamat olsun. Yenicə istifadəyə verilən xəstəxanalar, səhiyyə obyektləri, ümumiyyətlə, xəstəliyə qarşı görülən işlər göz qabağındadır. Kiminsə nə isə deməsinin zamanı deyil. Başqa problemlər var ki, bu da koronavirus adlı bəla və bizim Qarabağ problemidir. Ən böyük problemimiz bunlardır. Ona görə də kimsə nə isə deyirsə özü üçün deyir, öz fikrində qala bilər və mən də öz fikrimdə qalıram. Kimsə özünü Məmməd Əmin Rəsulzadəyə oxşadırsa, özü haqqında rəy yaratmağa cəhd edirsə, bunun süni şəkildə olduğu bəlli olur. Heç kəs ona, onun fikirlərinə dəyər vermir, qiymətləndirmir və bu birmənalıdır ki, kənardan da çox gülünc görünür".
Zəka
Olaylar.az