"Özümüzə dəstək, dövlətə dəstəkdir"
9 İyul 2020 14:36 Siyasət"Hal-hazırda yaşadıqlarımız , gördüklərimiz çox çətin bir dönəmdən keçdiyimizdən xəbər verir. Bəli , məhz yaşadıqlarımızı bir mərhələ kimi keçirik. Özu də tək. Heç bir dövlətin, ölkənin yardımı olmadan. Öz daxili gücümüzün, qüvvəmizin hesabna. Necə keçdiyimiz göz önündədir. Baş vermiş hadisələrin sabit və mütəşəkkil şəkildə həlli, əlbəttə ki, birlik göstərib bir olmagımızdan çox asılıdır. Artıq neçə aydır ki, məlum səbəblərdən çox böyük iqtisadi,sosial ,siyasi gərginlik içərisində idarə olunuruq. Amma, bu gərginliyi xalqımıza yaşatmayan Dövlətimiz var, İlham Əliyev kimi dövlət başçımız var. Hər şey göz önündədir". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini Təranə Ağalarovanın sözlərinə görə, dövlətin bu şəraitdə, hər bir sahədə, iqtisadi, sosial,siyasi hətta, deyərdim mənəvi cəhətdən hər tərəfli, önə aparmaq, yaşatmaq, idarə etmək nə qədər çətin olduğunu hamımız bilirik: "Amma, bizim ölkəmizi idarə edən uzaqgörən dövlət başçımızın bacarıqlı siyasətinə inamımız böyükdür . Dünyada, ön cərgələrdə addımlayan bir çox ölkələr hal-hazırda bu pandemiya qarşısında tənəzzülə ugradıqları halda, Azərbaycan öz mövqeyini ortaya qoydu.Dovlət idarəçiliyi, strateji movqeyi ilə öz yerini göstərdi. Bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan nəinki, özünü , gücünü ifadə etdi, eyni zamanda bir çox dövlətlərə maddi , mənəvi dəstək durdu. Yüksək modul tipli xəstəxanaların tikilişi ilə istifadəyə verilməsi bu bəladan tezliklə qurtaracagımıza böyük ümid verir. Sadəcə bir olmalı, Dövlətə, Dövlət Başçımıza dəstək olmalıyıq. Unutmayaq: " Özümüzə dəstək, dövlətə dəstəkdir ".