Humanizm missiyası üçün doğulanlar
9 İyul 2020 14:55 SiyasətMehriban Əliyeva şəhid ailələrinin himayədarına çevrilib
Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var . Bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva göstərir. Belə ki, dövlət başçısı imzaladığı fərman və sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır, Mehriban xanım Əliyeva isə rəhbərlik etdiyi Heydər Əiyev Fondu vasitəsilə bu kateqoriyadan olan insanların maddi təminatının ödənilməsində mühüm rol oynayır. Hazırda Azərbaycanda şəhd ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdılıması məqsədilə onlara mənzillər təqdim edilir, müavinətlər və Prezident təqaüdü verilir. Hər kəsə bəllidir ki, ölkəmizdə şəhid ailələri bir sıra üstünlüklərə malikdirlər. Konkret olaraq onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq , güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının, eləcə də Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsinin özü də şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir. Əslində bu görüş cəmiyyətə də bir mesaj idi ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır.
Etiraf edilməlidir ki, Qarabağ müharibəsi iştuirakçıları, şəhid ailələri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğı Heydər Əliyev Fondunun fəaliyyətində ən başlıca prinsiplərdən biridir. Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu kaeqoriyadan olan insanlara sonsuz məhəbbəti isə xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım öz fəaliyyətində sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşır. Mehriban xanımın Birinci Vitse-Prezident vəzifəsində ilk müşavirənin məhz bu problemlərin həllinə yönəlməsi bunu bir daha təsdiq etmiş olur. Azərbaycanın Birinci xanımının bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu şəhid ailələrinin ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanımın gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq. Məhz sadalanan keyfiyyətlərin nəticəsidir ki, Heydər Əliyev Fondu tərəfindən bayramlar, əlamətdar günlərdə şəhid ailələrinə, imkansız və aztəminatlı ailələrə mütəmadi olaraq yardımlar edilir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə maddi kömək olunur.
Dünya iqtisadiyyatını tənəzzülə uğradan koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb. Əksinə, onların sirası daha da genişləndirilərək, icrası təmin olunmaqdadır. Elə Birinci Vitse- Prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın daha bir neçə şəhid ailəsinin mənzillə təmin edilməsi barədə verdiyi göstəriş sadaladıqlarımız humanitar addımın bariz nümunəsidir. "Zəfər"Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhis olan iki qazinin ailəsi mənzillə təmin olunub: "Təşkilatımızın üzvü olan Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirildi. Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata ("Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi) qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ünvanlanmış müraciətlə bağlı, Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymağa, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".
Sözün həqiqi mənasında Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin mənzillə təminatı onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilir. Məhz bunun nəticəsidir ki, şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşır, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır. Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı ölkədə həyata keçirilən siyasi kursun mühüm istiqamətlərindən biridir. Təkcə cari ildə məcburi köçkünlər üçün rekord sayda binaların tikintisi, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Şəhid ailələri üçün rekord sayda - 1500 mənzil istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, iyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi gözlənilir. Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın fəaliyyatə ölkə daxilində bitmir, o, həm də Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, musiqisinin, idmanının, xalçalarının, muğamının dünyada tanıdılması istiqamətində səmərəli gəaliyyət göstərir. Məhz bu cür nəcib təşəbbüs və layihələrin icrası nəticəsində Azərbaycan bu gün dünyada sülhsevər bir ölkə, idman, mədəniyyət mərkəzi kimi tanınır.
Zəka
Olaylar.az