İlham Əliyevdən növbəti dəfə sərt İDDİA: ” Heç kim qanundan üstün deyil” - ŞƏRH

"İstər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq"

Azərbaycanda xalq-iqtidar birliyi, vətəndaş-prezident həmrəyliyini şərtləndirən başlıca amillərdən biri də ölkədə həyata keçirilən bütün proseslərdən, uğur və nailiyyətlərdən, eləcə də gələcək planlardan, görüləcək işlərdən xalqın, cəmiyyətin məlumatlı olması, şəffaflıq prinsipinin qorunmasıdır.  Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən ortaya qoyulan bu siyasi iradə günümüzdə də öz müsbət çalarları ilə sezilir. "Hakimiyyətin mənbəyi xalqdır" prinsipini əsas götürən Azərbaycan Prezidenti müntəzəm olaraq görülən işlər, nəzərdə tutulan tədbirlərlə bağlı istər keçirdiyi görüşlər, istərsə də media, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə cəmiyyəti məlumatlandırır, onu agah edir. Eyni zamanda bununla dövlət başçısı öz tövsiyələrini xalqa, vətəndaşlara çatdırmış olur. Xüsusilə, bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə biz bu müsbət tendensiyanı müşahidə edir, görürük. Ötən gün bir daha Cənab Prezdient Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdikdən sonra  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibə verərək indiyə qədər görülən işlər və qarşıda duran vəzifələri təhlil edərək cəmiyyətə çatdırıb.  Qeyd etdiyimiz kimi bu faktln özü bir tərəfdən dövlət başçısının cəmiyyətə, xalqa nə dərəcədə açıq olduğunun, vətəndaşları görülən işlərlə bağlı hər an məlumatlandırmağa meyilliliyinin göstəricisidirsə, digər tərəfdən həm də Cənab Prezidentin media, kütləvi informasiya vasitələrinə diqqət və qayğısının bariz nümunəsi, mətbuatla Prezident arasında heç bir sədd, baryer olmadığının təsdiqidir. Cənab Prezidentin ölkə rəhbəri kimi fəaliyyətinin 17 ilində bu sahədə atdığı məqsədyönlü addımlar, gördüyü təqdirəlayiq və inqilab xarakterli işləri bir kənara qoyaraq, təkcə pandemiyanın yayılmağa başladığı beş aya yaxın müddət ərzində bir neçə dəfə televiziya kanallarına müsahibə verməsi belə bir qənaətin formalaşmasına zəmin yaradır. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki,  dövlət başçısının son müsahibəsinin məhz Milli Mətbuatın 145 illiyi ərəfəsinı təsadüf etməsi də, yuxarıda söylədiyimiz bütün fikirlırin reallıq olduğunu təsdiqləyir.

Qeyd etdiyimiz kimi Cənab Prezident iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə televiziya kanalına müsahibə verib. Dövlət başçısı hər bir müsahibədə olduğu kimi, bu dəfə də bir sıra vacib məqamlara toxunub, cəmiyyətə, Azərbaycan vətəndaşlarına, eyni zamanda dünya birliyinə, işğalçı Ermənistana vacib mesajlar verib. Hər bir görüş, müsahibə, tədbirdə, təyin etdiyi məmurları qəbul edərkən onlarla söhbətində hər kəsə qaydalara əməl etməyi, heç kimə qayda və qanunları, qəbul edilən qərarları pozmağa müstəsna hüquq verilmədiyini dəfələrlə diqqət çatdıran dövlət başçısı son müsahibəsində də qeyd edilən məqama toxunub. Pandemiyanın yayıldığı ilk gündən vətəndaşları məsuliyyətli olmağa, qəbul edilən qərarlara əməl etməyə çağıran dövlət başçısı ötən gün bir daha bu məqama toxunub və haqlı olaraq qeyd edib ki, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışlarıdır. Həqiqətən də Cənab Prezident fikirlərində haqlıdır və bu günün özündə də biz məsuliyyətsiz davranışların şahidi oluruq. İstər paytaxt Bakıda, istərsə də yerlərdə heç olmamış kimi davranışlar ortaya qoyan, xeyir, yaxud şər məclisləri təşkil edərək əlavə onlarla vətəndaşımızın koronavirusa yoluxmasına yol açırlar. Hüquq-mühafizə orqanları hər nə qədər bu kimi neqativ hallara, cəmiyyət üçün təhlükə yaradan situasiyalara qarşı mübarizə aparsa da, lakin bəzi işbazlar, məsuliyyətsiz insanlar öz qanunazidd əməllırini davam etdirirlər. Elə həftə sonu paytaxtdakı məşhur otellərdən birində karantin qaydalarının kobud şəkildə pozulması və bu olaya dərhal polisin müdaxilə edərək karantin qaydalarını pozan şəxsləri məsuliyyətə cəlb etməsi həm də onu sübüt etdi ki, dövlət başçısının dediyi kimi, kimliyindən asılı olmayaraq heç kəsə qayda-qanunları pozmaq hüququ verilməyib, hər kəs qanunlara tabe olmalı, ona əməl etməlidir. Xüsusilə, də çətin günlər yaşadığımız pandemiya günlərində. Bir sözlə, indiki məqamda vətəndaşların sağlamlığının qorunması əsas vəzifədir və dövlət başçısı da bu məsələyə xüsusi diqqət yetirir. Ona görə də bu kimi neqativ hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Çünki Cənab Prezident son müsahibəsində bir daha cəmiyyəti, vətəndaşları bununla bağlı əmin etdi: "Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik".

Göründüyü kimi, bu gün ölkə qarşısında dayanan prioritetlərin önündə vətəndaşlarımızın sağlamlığı dayanır. Buna qarşı çıxanlar, vətəndaşlarımızı öz qazancları naminə təhlükəyə atanlar isə, kimliyindən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılacaq.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31