Yeganə Hacıyeva: “XİN-də dövlət vəsaitini mənimsəyən kimliyindən asılı olmayaraq hər bir şəxs işdən kənarlaşdırılmalı və həbs olunmalıdır”

Yeganə Hacıyeva: “XİN-də dövlət vəsaitini mənimsəyən kimliyindən asılı olmayaraq hər bir şəxs işdən kənarlaşdırılmalı və həbs olunmalıdır”

"Dünən DTX-nın XİN-də istintaq-əməliyyat tədbirləri həyata keçirməsi haqqında məlumat yayıldı və ilkin məlumatlar belədir ki, maliyyə vəsaitinin mənimsənilməsi və s. kimi əsaslar var. Birmənali olaraq, XİN-də dövlət vəsaitini mənimsəyən kimliyindən asılı olmayaraq hər bir şəxs vəsaiti qaytarmali, işdən kənarlaşdırılmalı və həbs olunmalıdır". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva deyib ki, bunun başqa yönü yoxdur: "Amma, bu gün mediada bir parlament üzvü DTX nın XİN-dəki istintaq-əməliyyatını şərh edərkən deyir. " Mən bunu bir neçə dəfə ehtiyatlı şəkildə öz açıqlamalarımda bildirmişəm, Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm". Dostlar, Elmar Məmədyarovu bəyənmək də olar, bəyənməmək də. Bəyənməmək üçün lap çoxlu əsaslar var. Amma Azərbaycan Xarici Siyasət Servisinin rəhbəri barədə "erməni lobbisi ilə iş birliyi var" eyhamı vurmaq, bunu mediaya açıq elan etmək, bunun üçün onu bəyənməməkdən savayı, həm də çox ciddi əsaslar olmalıdır. Fikirimcə DTX bu fikirləri mediaya elan edən adamı çağırmalı və ondan bu eyhamın arqumentlərini soruşmalıdır".

Yeganə Hacıyevanın sözlərinə görə, əgər adamın bu fikirləri ciddi arqumentlərə söykənməyibsə, yəni böhtandırsa, onun deputat toxunulmazlığı ləğv edilməli və məsuliyyətə cəlb olunmalıdır: "Çünku haqqında danışdığı adam Kamil Müsavi deyil e, Azərbaycanın xarici işlər naziridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31