Vüqar Rəhimzadə: "Hər kəs bilməlidir ki, COVID-19-aqalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir"
1 İyul 2020 20:15 Siyasət"Günümüzün əsas məsələsi olan koronaviruslamübarizə ilk gündən zəruri olan qaydalara yüksəksəviyyədə əməl edilməsini bir tələb kimi qarşıya qoydu. Amma müqayisəli təhlil əsasında görə bilərik ki, əksərölkələr iqtisadi amili önə çəkərək insanlarınsağlamlığının təminatını arxa plana keçirməklə vəziyyətindaha da ağırlaşmasına, yoluxma və ölum hallarınınartmasına şərait yaratmış oldular. Hər bir ölkənin səhiyyəsisteminin aydın mənzərəsini ortaya qoyan COVID-19-lamübarizə bir daha bu reallığı təsdiqlədi ki, dünyanıninkişaf etmiş ölkələrinin belə səhiyyəsi bu kimi hadisələrə cavab vermək imkanında deyil. Bu, məsələnin bir tərəfidir. Digər əsas məqam isə dövlət-vətəndaşbirliyinin yaradılması fonunda özünütəcrid qaydalarına əməl olunması, bununla da hər bir vətəndaşın özünüqoruması ilə yanaşı, ətrafındakıları, doğmalarını qorumaqimkanı əldə etməsidir. Azərbaycan ilk gündən bu yoluseçdi. "Biz birlikdə güclüyük!" çağırışı ilə bütün ölkəvətəndaşlarını səfərbər edən dövlətimizin başçısı İlhamƏliyev vətəndaş məsuliyyətinin artırılmasını prioritetməsələ kimi öndə saxladı. Elə bu gün daha çox diqqəttələb edən məsələ də məhz budur."
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Olaylar.az-a açıqlamasında bildirib.
V.Rəhimzadə vurğulayıb ki, pandemiyaya qarşımübarizə tədbirlərinə başlanan zaman digər ölkələr kimi, Azərbaycan da bu xəstəlikdən qorunmaqda əsas amilolan tibbi maska çatışmazlığını yaşadı: " Lakin ilk andan insanların sağlamlığının təminatını əsas götürənmöhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığınauyğun olaraq tez bir zamanda Sumqayıt Kimya SənayeParkında tibbi maska istehsalı müəssisəsi fəaliyyətəbaşladı. Müəssisənin açılışında çıxış edən dövlətimizinbaşçısı bildirdi ki, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Əsasməqsəd insanların sağlamlığının təmin edilməsi, virusayoluxmanın coğrafiyasının genişlənməməsinə nailolmaqdır."
"Qeyd etdiyimiz kimi, hazırda hətta ən inkişaf etmişölkələr belə bu xəstəliklə mübarizədə böyük problemləryaşayır. Azərbaycan ilk gündən bu ümumbəşəri bəladanaz itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadəetməyə səy göstərir. Ona görə də koronavirus xəstələrinə yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir20 xəstəxanası onların ixtiyarına verilib. Yüksək ixtisaslıhəkim heyəti bu xəstələlərə lazımi səviyyədə xidmət edir, sağalıb evlərinə qayıtmaları, yenidən xoş ovqatlahəyatlarını davam etdirmələri üçün əllərindən gələniedirlər. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel2020-ci il tarixli "Koronavirus pandemiyası iləmübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlərhaqqında" Sərəncamı COVID-19-a qarşı mübarizəsahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləriçərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artantələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrinmüalicəsinin səmərəli təşkili məqsədinə çatmaq üçünmühüm addım kimi dəyərləndirildi. Bu məqsədlə hərbirində 200 çarpayı olan modul tipli 10 xəstəxananınquraşdırılması nəzərdə tutulur ki, artıq bunlardan 5-i istifadəyə verilib" söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimiz üzərinə düşən bütün vəzifələri insanlardaböyük ruh yüksəkliyi yaradan səviyyədə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğukimi, bu gün də, yəni pandemiya dövründə də hər birvətəndaşının yanında olduğunu nümayiş etdirir. Əsas olandövlətimizin bu addımlarına dəstək vermək, üzərimizədüşən vətəndaşlıq borcumuzu yerinə yetirmək, sağlamlığımızın keşiyində dayanmaqla yoluxmahallarının azalmasına şərait yaratmaqdır: "Sərt karantinrejiminin tətbiqi şəraitində Azərbaycanda yoluxmahallarının kiçik rəqəmlərlə ifadə olunması diqqətdənkənarda qalmadı. Bu müsbət dinamika mayın əvvəlindəkarantin rejiminin yumşaldılmasına yol açdı. Amma bugünün statistikası göstərir ki, yoluxma halları gündən-günə artmaqdadır. Vəziyyətin bu şəkildə davamı karantinrejiminin yenidən sərtləşdirilməsini, karantin qaydalarınıpozanlara qarşı cərimələrin artırılmasını zərurətə çevirdi.
Baş redaktor qeyd edib ki, virusa yoluxma hallarınınartım dinamikasının təhlili göstərir ki, insanlar əsasən işyerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdəvirusa yoluxurlar. Bu yoluxmanın "qəhrəmanlarına"çevrilməmək üçün sadə bir qaydaya riayət etməkkifayətdir. Tibbi maskadan istifadə etməklə həmözümüzü, həm də ətrafımızdakı insanları yoluxmadanxilas edə bilərik: "Gündəlik hər bir birimizin istifadəetdiyi avtobus marşrutlarına, metroya daxil olarkəntəbliğat xarakterli, hər birimizə çağırış olan bu fikirlərieşidirik: - Maskadan istifadə edək, sağlamlığımızıqoruyaq, sosial məsafə saxlayaq. Qoruyucu vasitələrdənistifadə etməmək yoluxmaya əsas səbəb olanamillərdəndir. Təəssüflər olsun ki, hər kəsin öz əlindəolan, amma özümüzün çətinləşdirdiyimiz virusdanqorunmağımız üçün maskadan istifadə etmək üçün bizəkənardan çağırış edilir. Utanverici amil deyilmi? Olabilməz ki, marşrutlara maska ilə daxil olaq, "hörmətlisərnişin, maskanızı taxın" müraciətini eşitməyək. Yaxudmaskadan istifadə edib cərimələrin tətbiqi iləüzləşməyək? Təəccüb doğuran digər amil isə hələ də bəzivətəndaşların koronavirus pandemiyasına şübhə iləyanaşmaları, özləri, yaxınları, ətrafları üçün ciddi təhlikəyaratmaqda davam etmələridir. Diqqət çəkən, ikrahdoğuran məqamlardan biri də maskadan istifadə edənlərinbaşqaları tərəfindən isteza ilə qarşılanmasıdır. "Koronavirus varmı" kimi çaşqınlıq yaradacaq suallarsəsləndirib karantin qaydalarına yüksək səviyyədə əməledən vətəndaşlara mane olmaqdansa, bu addımıniştirakçısı olub özümüzü və ətrafımızı qorumaq dahaməqsədəuyğun və ciddi qarşılanması tələb olunanaddımdır."
"Hər kəs bilməlidir ki, virusa qalib gəlməyin yeganəyolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayətetməkdir" söyləyən V.Rəhimzadə qeyd edib ki, artıqkoronavirusun mövcud olub-olmaması müzakirə mövzusudeyil, çünki ətrafdakılar arasında yoluxma halları kifayətqədərdir: "Biz nə qədər karantin qadyalarınınpozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakıinsanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək,ümumbəşəri bəlaya qarşı mübarizədə bir o qədər də tez vəyaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hərbirimiz ölkəmizin bu günü və gələcəyi, ən əsası əvvəlkinormal həyatımıza qayıtmaq, davamlı inkişafımızı təminetmək üçün qoruyucu vasitələrdən istifadə etməyənləriqınamalı, belə halların təhlükəli və yolverilməz olduğunugöstərməliyik. Tibbi maskadan istifadə etməyənlər ictimai qınaqdan nəticə çıxarıb cərimələr ödəmək yolututmaqdan az da olsa utanc hissi keçirsələr, düşünürük ki, normal həyata qayıdışın bir addımlığında ola bilərik. Gəlin, birgə düşünək, sağlamlığmızın keşiyindəhəkimlərimizlə yanaşı, özümüz də dayanaq, əzizlərimizi, doğmalarımızı itirmək kimi çətin anları göz önünəgətirərək məsuliyyət hissimizi artıraq. Unutmayaq ki, adibir məsuliyyətsizlik böyük problemlərə yol açır."
Ay An