Prezident Seyfulla Əzimovun rütbəsini artırdı - SƏRƏNCAM
1 İyul 2020 17:32 SiyasətDaxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan üç nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:
"Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib.
Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31