Prezidentdən dünyaya sağlamlıq çağırışı MÜNASİBƏT

Vaqif Abdullayev: "Azərbaycan bu gün etibarlı tərəfdaş kimi bütün məsələlərdə ön cəbhədədir"

Koronavirus pandemiyasına qarşı Azərbaycan hökuməti tərəfindən aparılan səmərəli mübarizə nəticəsində ciddi uğurların əldə edilməsi heç kimə sirr deyil. Başqa sözlə, Azərbaycanın COVİD-19 pandemiyasına qarşı apardığı mübarizə bir çox dövlətlər üçün nümunə hesab oluna bilər. Xatırladaq ki, hələ ilkin mərhələdə Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə yüz minlərlə test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi yoluxma hallarının qarşısı alınıb. Paralel olaraq, Azərbaycan koronavirusa qarşı mübarizə məqsədilə 30-dan artıq ölkəyə dəstək göstərib. Bununla bağlı öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan edib. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən yüksək səviyyədə qarşılandı. Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə görüşündə qəbul edilən Bəyannamədə Prezidentimizin fəaliyyəti xüsusilə vurğulanıb. Nəhayət dünyanın 130-dan çox ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib. İlk dəfə olaraq BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş qlobal sessiyası keçiriləcək. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, bu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsünün nəticəsidir: "Bu, Cənab İlham Əliyevin beynəlxalq birliyə çağırışının bütün dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi, Onun həmrəylik və birlik siyasətinə beynəlxalq səviyyədə verilən möhtəşəm dəyərdir. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadın göstəricisidir". Onun sözlərinə görə, Azərbaycan Prezidenti təşəbbüskarlığı və liderliyi ilə və ilk çığır açan liderlərdəndir: "Pandemiyanın sarsıdıcı zərbələri şiddətləndiyi dövrlərdə, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ilk videokonfrans keçirilməsi beynəlxalq ictimaiyyətə məlumdur. "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən həmin Zirvə görüşünü təşkil etməklə Azərbaycan etibarlı tərəfdaş ölkə kimi beynəlxalq etimadını təsdiqlədi. Siyasi nüfuzuna və strukturuna görə, BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının videokonfransına Azərbaycan Prezidenti bütün ölkələrə təxirəsalınmaz birgə addımlar atmaq mesajlarını verdi, bu çətin günlərdə bir araya gəlməyin həyacanını anlatdı. Azərbaycan ötən aylarda beynəlxalq səviyyədə bütün ölkələrin mənafeyini düşündüyünü və həmrəyliyini heç kimdən əsirgəmədiyini nümayiş etdirdi. Yeni qlobal vəziyyətə çevik və adekvat reaksiya verdi. Dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatların qayğısına qaldığı bir vaxtlarda Azərbaycan Prezidenti virusla mübarizədə həmrəyliyə xüsusi önəm verməklə insan sağlamlığının hər şeydən üstün olduğunu göstərdi. Azərbaycan xalqının sağlamlığı ilə bərabər, bəşəriyyətin, bütün xalqların sağlamlığını düşünüərək insanpərvərliyini dünyaya nümayiş etdirdi, beynəlxalq həmrəyliyə dərin dəstək verdi, bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünya müharibəsindən qurtarmaqda öz səylərini və imkanlarını əsirgəmədi, 30-dan çox ölkəyə insanlıq borcu göstərdi". V.Abdullayev bildirib ki, bu gün Azərbaycan etibarlı tərəfdaş kimi bütün məsələlərdə hər zaman olduğu kimi yenə də ön cəbhədədir. İlham Əliyevin milli, regional və qlobal səviyyələri çoxtərəfli diplomatiya və həmrəylik nümunəsidir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun ünvanladığı məktublarda bu xüsusi etiraf edilir: "Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasəti bütün ölkələr alqışlayır. Dünyanın ən nüfuzlu təşkilatların rəhbərləri, dövlətlərin başçıları Azərbaycan Prezidentinin bu təşəbbüskar Liderliyini etiraf edir, həyata keçirdiyi xüsusi təşkilatçılığın dünyada tətbiq olunmasını tövsiyə edir. Və BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dünyanın Azərbaycana və onun rəhbərinə olan böyük və dərin etimadın, etibarın təsdiqidir".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31