MSK bu məntəqənin nəticələrini LƏĞV ETDİ
MSK 10 məntəqədə nəticələri LƏĞV ETDİ
25 Fevral 2020 17:21 SiyasətMSK-nın iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb.
MSK üzvü İlkin Şahbazov bildirib ki, şikayət qismən təmin edilməli, həmin seçki dairəsi üzrə 9 məntəqədə səsvermənin nəticələri ləğv edilməlidir.
MSK həmin seçki dairəsi üzrə 9 məntəqədə seçkinin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.
***
MSK-nın iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə şikayətə baxılıb.
MSK üzvü Qabil Orucov şikayət əsasında dairə üzrə yalnız 34 saylı məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.
MSK həmin məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31