MSK-nın iclası başladı

Mərkəzi Seçki Komissiyasının iclası hələ də başlayıb.

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Şikayətlər barədə məlumatı MSK katibi Arifə Muxtarova, MSK-nın və Eksepert qrupunun üzvləri çatdırırlar.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi daxildir.

Bundan əlavə gündəliyə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31