"Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir" - Əli Əhmədov

"Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir" - Əli Əhmədov

"Xocalı faciəsi bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biridir".

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xocalı faciəsinin 28 illiyinə həsr olunan "Xocalı faciəsi fotolarda" adlı sərgidə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Xocalı faciəsi təkcə hərbi qətliam deyil: "Beynəlxalq hüququn təsnifatına görə, hərbi əməliyyatlarda iştirak etməyən, dinc əhalinin qətlə yetirilməsi hərbi qətliam hesab olunur. Bu faciə tariximizin bütün mərhələlərində Azərbaycan xalqı ilə yaşayacar və milli yaddaşının tərkib hissəsinə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31