Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - Ağstafada

Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - Ağstafada

Ağstafada Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu. Olaylar.az bildirir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və Regional İdarənin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ qaziləri, idarə və müəssiə rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Ağstafa rayon Musiqi Məktəbinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisinə baxışla başlayan tədbir böyük zalda davam etdirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Ağstafa rayon İHB-nın birinci müavini Lalə Eyyubova Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımından bəhs etdi.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi  Vüqar Qədirov  Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi  vacib olan işlər barədə ətraflı məlumat verdi.

Çıxışında dünya ölkələrinin bu soyqırıma biganə qalmasından, BMT-nin qəbul etdiyi 4 qətnaməni hələ də icra etməməsindən, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti kimi gördüyü işlərdən, Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kompaniyasından, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Ermənistanın Baş naziri Nikol Paşinyanı susdurmasından, həmçinin dövlət başçımızın "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı  Ermənistan Baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır.

Sonra tədbir iştirakçıları Xocalı Soyqırımından bəhs edən sənədli filmə tamaşa ediblər.

Tədbir Ağstafa rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31