Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib. "OLAYLAR"-a Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə,  bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31