Bu məntəqələrin də nəticələri ləğv edildi

Bu məntəqələrin də nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Qiyas Sadıqov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 28 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31