Prezident Ramiz Mehdiyevə yeni vəzifə verdi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Komissiyanın yeni tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:

Komissiyanın sədri

Əli Əsədov - Azərbaycan Respublikasının Baş Naziri

Komissiyanın üzvləri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının Mədəniyyət naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının Səhiyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının Təhsil naziri

Anar Quliyev - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Fərhad Bədəlbəyli - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru

Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Abel Məhərrəmov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri

Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Natiq Əliyev - Xalq rəssamı

Mövlud Süleymanlı - Xalq yazıçısı.

Fərmanla "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilib və Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31