Niderlandda Xocalı qurbanları yad edilib

Niderlandda Xocalı qurbanları yad edilib

Niderland krallıgının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib ki, anım mərasimində Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan, Türk, uygur, kırım tatarları, türkmenler və s. icmalarının nümayəndələri iştirak edibər. Tədbiri giriş sözü ilə açan İlhan Aşqın ermənilərin 1992-ci ilin fevral ayının 26-da Xocalıda törətdikləri vəhşilikdən bəhs edib.

Türkiyənin Niderland Krallıgındakı səfirinin yardımçısı Alpər bəy, Azərbaycanın Niderland Krallıgındakı səfiri Fikrət Axundov, Niderland parlamentinin CDA partiyası millət vəkilləri Chiris Van Dam, Michel Rogier, qəzetəçi yazar Jack Kroes da iştirakçılar arasında yer alıb. İştirakçılar Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlıgın faciəsi oldugunu bildiriblər.

Sonra tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub və  xatirə lövhəsinin üzərinə çiçək dəstələri qoyublar.

Tədbirin sonunda soyqırım qurbanlarının ruhuna ehsan verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31