Etnik təmizləmə və soyqırım cinayətlərinin ən dəhşətlisi- Xocalı soyqırımı-ŞƏRH

Etnik təmizləmə və soyqırım cinayətlərinin ən dəhşətlisi-Xocalı soyqırımı-ŞƏRH

Bu vəhşilik, bu cinayət cəzasız qalmamalıdır

Azərbaycan xalqı daha bir qanlı-qadalı, tarix boyu başına gətirilmiş müsibətlərdən birinin ildönümü ərəfəsindədir. Söhbət 28 il əvvəl erməni vandalları tərəfindən Azərbaycanın Xocalı şəhərində həyata keçirilən soyqırımdan gedir. 1992-ci il, fevralın 26-da Xocalı şəhərinə hücum edən erməni terrorçuları, vandalları yüzlərlə insanı qətlə yetirmiş, bir o qədər insana müxtəlif dərəcəli xəsarətlər yetirmişlər. Məlum soyqırım hadisəsindən 28 il keçsə də, hələ də Xocalıda insanlıq əleyhinə cinayət törədən şəxslər beynəlxalq müstəvidə ədalət mühakiməsinə çıxarılmayıb, onlar öz layiqli cavablarını almayıblar. Baxmayaraq ki, erməni vandallarının Xocalıda törətdikləri qətliam, qeyri-insani davranışlar ümumilikdə bütün dünyaya, bəşəriyyətə qarşı həyata keçirilən soyqırım idi. Elə Azərbaycan Dövlət Bədən Tərbyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı da belə deyir. Y. Babanlı bildirib ki, 1992-ci il, fevral ayının 26-da həyata keçirilən Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayət idi. Onun sözlərinə görə, azərbaycanlılara qarşı xüsusi amansızlıqla hazırlanmış və törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə terrorçu erməni qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək, sakinlərə qarşı amansız soyqırım törədildi. Xocalıya hücumdan əvvəl, fevralın 25-i axşamdan toplardan və ağır zirehli texnikadan şəhəri şiddətli atəşə tutulmağa başlamışdılar. Nəticədə şəhərdə güclü yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış 2500 nəfərə qədər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdu. Lakin, Xocalı sakinlərinin yaşamaq, düşmənin zülmündən qaçmaq üçün etdikləri bu cəhd baş tutmadı. Şəhəri yandırmış, yerlə-yeksan etmiş azğınlaşmış erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə xüsusi amansızlıqla divan tutdular. Diri-diri dərisi soyulmuş, orqanları çıxarılmış, hamilə qadınların bətnindən körpəsi çıxarılıb qətlə yetirilmiş, qız və gəlinlərin cəsədləri üzərində zorakılıq əlamətləri və digər tükürpədici vəşiliklərə məruz qalmış cəsədlərlə dolu olan Xocalı "o gün" tarixinin ən dəhşətli gününü yaşadı. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu, onlardan: 63-ü uşaq, 106-sı qadın, 70-i qoca digərləri isə kişilər idi. Bu qətliam nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, onlardan 76-sı uşaq oldu. Qətliamda 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. 1992-ci ilin pul vahidinə görə qətliamda dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vuruldu".

Yusif Babanlı qeyd edib ki, Xocalı soyqırımı haqqında dünyaya səs salmaq, bu amansız qətliamı, erməni vəhşiliyinı dünya xalqlarına çatdırmaq üçün ötən illər ərzində dövlət xeyli işlər gördü: "Ulu öndər Heydər Əliyev dövlət başçısı olduğu dövrlərdə Xocalı soyqırmının dünyaya çatdırılması üçün bütün gücündən istifadə etdi. Ulu öndər faciə ilə əlaqədar dünya ictimaiyyətinə və Azərbaycan xalqına müraciətində qeyd edirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Artıq neçə ildir Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və bu vəhşiliyi dünyaya çatdırmaq üçün "Xocalıya ədalət!" kampaniyası çərçivəsində də xeyli işlər görülüb. Ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən soyqırım daima dünya ictimayyətinin diqqətinə çatdırılır". Yusif Babanlı bildirib ki, bu qətliam real qiymətini alacağı günə qədər biz əlimizdən gələni edəcəyik: "Əsrlər boyu etnik təmizləmə və soyqırım cinayətləri baş verib, lakin, onlardan ən dəhşətlisi məhz Xocalı soyqırımı olub. Ona görə də bu vəhşilik, cinayət cəzasız qalmamalı, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31