Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb.

Bu barədə   Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola saldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31