MSK DSK-nın qərarını qüvvədə saxladı
MSK DSK-nın qərarını qüvvədə saxladı
22 Fevral 2020 18:55 SiyasətMərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin bir qrup namizədindən daxil olmuş müraciətə baxılıb.
Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
O bildirib ki, DSK-dan seçki sənədləri tələb olunaraq izahatlar alınıb. MSK-nın araşdırması zamanı məlum olub ki, müraciətdə göstərilən hüquq pozuntuları öz əksini tapmır. Namizəd Afiq İsrafilov şikayətində qeyd edib ki, heç bir müşahidəçiyə, vəkil təyin olunmuş şəxslərə protokol verilməyib. Bu səbəbdən də nəticələri müqayisə etmək mümkün olmayıb.
Səsvermə nəticəsində şikayətlər təmin edilməyib, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31