İlham Əliyev İmperatora məktub göndərdi
22 Fevral 2020 18:47 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Olaylar.az məktubun mətnini təqdim edir:
"Estoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda
Hörmətli xanım Prezident,
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31