Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
22 Fevral 2020 14:37 SiyasətÜmumavropa Qarabağ mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.
Komitədən verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31