"Pozuntuları 3 istiqamətdə araşdırırıq" - Məzahir Pənahov
21 Fevral 2020 17:33 SiyasətMərkəzi Seçki Komissiyası seçki pozuntularına dair araşdırmanı 3 istiqamətdə aparır.
Bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O qeyd edib birinci istiqamət dairə seçki komissiyalarından təqdim olunan sənədlər, ikinci istiqamət bilavasitə MSK-ya daxil olan sənədlərdir. Üçüncü istiqaməti isə sosial şəbəkələrdə öz əksini tapan seçki pozuntuları təşkil edir.
MSK sədri onu da bildirib ki, sosial şəbəkələrdə əksini tapan seçki pozuntuları 68 seçki dairəsi üzrə 179 məntəqəni əhatə edir. Bu seçki dairələri və məntəqələri üzrə sosial şəbəkələrdə əksini tapan seçki pozuntularına dair videogörüntülərin sayı 380-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31