“Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir” – Şərh

“Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir” – Şərh

"Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq münasibətlər çərçivəsində dünya dövlətləri ilə əlaqələr saxlayır, dostluq münasibətlərini inkişaf etdirir. Bu ölkələrdən biri İtalyadır. İtaliya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. Ölkələr arasında əlaqələr 1918-ci ildən bəri mövcuddur. Diqqətçəkən məsələlərdən biri də Qarabağ məsələsinin həllinə xas olaraq yaradılmış qurum olan ATƏT-in MİNSK qrupuna müstəqil ölkə olan İtaliya da daxildir. İtalya ölkəmiz haqqında qəbul edilən qərarlarla bağlı yekdil səlahiyyətə malikdir. Ölkələrimiz arasında sıx diplomatik əlaqələrdə mövcuddurki, hər bir ölkənin səfirlikləri fəaliyyət göstərir".

Bu fikirləri Olaylar.az-a siyasi eskpert Əli Miriyev deyib.

O bildirib ki, ölkə prezidenti İlham Əliyevin İtalyaya səfəri dostluq münasibətlərinin qabarıq şəkildə əks olunmasıdır: "Ölkə başçısı Roma rəhbərliyi tərəfindən xüsusi təntənə ilə qarşılandı. Prezident Roma xalqına böyük hörmət əlaməti olaraq orada dəfn edilən naməlum əsgəri ziyarət edib. Səfər çərçivəsində prezidentlərin təkbətək iclası həyata keçirildi. Mətbuata bəyanatla çıxış etdilər. Səfərdə Prezidentin ailəsi və bir sıra nazirlərimiz də iştirak etmişdir. Sonda sənədlər imzalanmış, sənədlər razılaşdırılmışdır. Prezident və müşahidə şurası Romada iri şirkət rəhbərləri ilə görüşüb müxtəlif məsələlər haqqında müzakirələr aparıblar. Bu müzakirələrin əsas məqsədi isə ölkəmizə böyük investrların cəlb olunmasıdır".

Ə. Miriyev qeyd edib ki, sevindirici hal budur ki, Romada 2020-ci il Azərbaycan Mədəniyyət İli elan edilmişdir. Mədəniyyət sahəsində müxtəlif tədbirlər planı da imzalanmışdır. Romada Azərbaycan mədəniyyətinə xas bir sıra tədbirlər də həyata keçirilir və bununla yanaşı mədəni abidələr də mövcudluq təşkil edir. Səfərdə olan Cənab Prezident Romada yerləşən dahi şair Nizami Gəncəvinin abidəsini də ziyarət etmişdir. Səfərin sonunda Azərbaycan heyyəti üçün xüsusi konsert proqramının həyata keçirilməsi Romanın Azərbaycana dostluq münasibətini əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31