Mübariz Əhmədoğlu: "Türkiyə tərəfi Antalya müqaviləsinə yenidən baxa bilər"

Mübariz Əhmədoğlu: "Türkiyə tərəfi Antalya müqaviləsinə yenidən baxa bilər"

Bildirilir ki, fevralın 20-də İdlibdə Türkiyə ordusu və Suriya qüvvələri qarşıdurmadan son anda yayınıb. Türkiyə ordusu Suriya qüvvlərini artilleriya atəşinə tutub. Eyni zamanda ruslar da müxalifləri bombalayarkən Türkiyə ordusu hissələrini vurub, nəticədə daha 2 türk əsgəri öldürülüb.

Həmçinin, son 10 gün ərzində İdlibdə 15 Türk əsgəri şəhid olduğu qeyd edilir. Suriyanın şimalında müharibə riski günü-gündən artır, Ankara artıq Vaşinqtondan "Patriot" HHM sistemləri dəstəyi istəyib. Suriyanın hava məkanını Türkiyə aviasiyasının uçuşlarına bağlayan Rusiya ordunun əməliyyatına mane olur. Bu vəziyyət ərazidə toqquşma riskini artırır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Mübariz Əhmədoğlu İdlibdə baş verən hadisələr zamanı türk əsgərlərinin şəhid olmasını təəssüfə qarşıladığını bildirdi:

"Çox təəssüf ki, türk hərbçiləri şəhid oldu və Türkiyə hərbi texnika baxımından da itki verdi. Türkiyə bir daha gördü ki, Rusiya üçün Suriya hədsiz vacib dövlətdir. Türkiyə ordusu əslində İdlibdə Suriya dövlət ordusunun qurduğu müdafiə sxemini dağıtmış, müdafiə xəttini yarıb keçmişdi. Yalnız bu zaman Suriya höküməti Rusiyaya müraciət etdi və Rusiyanın hərbi kosmik qüvvələri, yəni hərbi aviasiyası havaya qalxdı, Türkiyə ordusunun mövqelərinə zərbə endirdi. İnsanların və hərbi texnikanın itkisi də məhz o zaman yarandı".

Politoloq Türkiyənin Müdafiə naziri Hulusi Akarın Türkiyənin hərbi əməliyyatda uduzandan sonra fərqli bəyanatlar verməyə başladığını da diqqətə çatdırıb. Onun fikrincə, Türkiyənin Müdafiə nazirinin bəynatları Türkiyə prezidenti Ərdoğanın fikirləri ilə uyğunluq təşkil etmir:

"Mən elə başa düşürəm ki, artıq Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə hərbi əməliyyatda uduzandan sonra fərqli bəyanatlar verməyə başlayıb. Bu bəyanatlar deyərdim ki, Ərdoğanın vaxtilə verdiyi bəynatların kəskin yumşaldılmış formasıdır. Ərdoğan Rusiya ilə İdlibdə birgə patrullaşmanın olmayacağını, İdlib üzrə Rusiya ilə Türkiyə arasında gedən danışıqların səmərəsiz olacağını və o danışıqlara inanmadığını bəyan etmişdi. Türkiyənin Müdafiə naziri Hulusi Akar isə Rusiya ilə Türkiyə arasında normal uğurlu danışıqların getdiyini və yaxınlarda Türkiyə Rusiya ilə birlikdə əvvəllki qaydada birgə patrul fəaliyyətinə başlayacaqlarını bildirib".

Mübariz Əhmədoğlu Türkiyənin yaranmış vəziyyətdə yeganə çarəsinin Antalya müqaviləsi olacağının qaçılmazlığını da nəzərə çatdırıb:

"Bilirsiniz ki, Türkiyə təxminən 50 km məsafədə Suriyanın içərisinə doğru irləliləmişdi. Hətta bu məsafəni 100 km-ə qədər artıra bilərdi amma Antalya müqaviləsinə görə Türkiyə Suriya sərhəddinin 5 km-nə qədər müdaxilə edə bilər, həmin ərazidə özünün hərbi- təhlükəsizlik məsələlərini qura bilər. Hadisələrin belə istiqamətdə davam edəcəyini düşünürəm və düşünürəm ki, Rusiya da buna razılıq verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31