"Bu seçkidə təşviqat qaydaları gözlənilmədi" – MSK sədri

Bu seçkidə təşviqat qaydaları gözlənilmədi – MSK sədri

Bu seçki prosesi zamanı təbliğat-təşviqat qaydaları gözlənilməyib. Belə ki, dekabrın 5-də - növbədənkənar parlament seçkiləri elan olunan gündən namizədlər sosial şəbəkələrdə təbliğat-təşviqatla məşğul olublar.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, MSK bununla bağlı heç kimi cəzalandırmayıb:

"Ona görə ki, namizədlərin heç biri digərindən şikayət etmədi. Namizədlər bu imkandan gen-bol istifadə ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31