Bu məntəqənin nəticələri LƏĞV EDİLDİ
Bu məntəqənin nəticələri LƏĞV EDİLDİ
20 Fevral 2020 16:52 SiyasətMSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizəd olmuş Sitarə Zeynalovanın şikayətinə onun özünün iştirakı ilə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairə üzrə aparılan araşdırmada seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müşahidə olunmayıb: "Sosial şəbəkələrdəki bu dairə üzrə 10 məntəqədən videogörüntü var. Yalnız bir məntəqə - 8 saylı məntəqə üzrə şikayət öz təsdiqni tapıb".
MSK katibi videogörüntüyə baxılmasını təklif edib. Ancaq videogörüntüyə baxış keçirilməyib. Müzakirədən sonra 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə bir məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31