İsraildə “Xocalıya ədalət” mövzusunda tədbir keçiriləcək
İsraildə “Xocalıya ədalət” mövzusunda tədbir keçiriləcək
20 Fevral 2020 11:14 SiyasətMilli Məclisin deputatı Rauf Əliyev "Xocalıya ədalət" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Yığıncağa İsrail Knessetinin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar. Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31