Məzahir Pənahov: “Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”

Məzahir Pənahov: “Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”

"Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin bir neçə gün əvvəl MSK-nın qapısını kəsərək, içəri keçmək istəyənlərə mane olmasına münasibət bildirərkən deyib.

"Heç kəs MSK-nın qapısını bağlayıb insanları içəri buraxmamaq hüququna sahib deyil. Bu cür məsələləri səsləndirmək lazımdır. Namizədlər də Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməlidirlər", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31