MSK daha 3 məntəqədə nəticələri etibarsız saydı

MSK daha 3 məntəqədə nəticələri etibarsız saydı

MSK üzvü Bəxşeyiş Əsgərov MSK-nın iclasında bildirib ki, 47 saylı Mingəçevir seçki dairəsi üzrə namizəd olmuş Qurbanəli Yusibov və İbrahim Salamov tərəfindən şikayət daxil olub.

Onların təqdim etdikləri videogörüntülərə baxış keçirilib:

"Yalnız 3 videogörüntü seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən halı müşahidə etməyə imkan verib.
Burada qutulara topa bülletenlərin atılmasından söhbət gedir. Bunlar 9, 17 və 21 saylı seçki məntəqələridir. Digələrində ciddi qanun pozuntuları müşahidə edilməyib. Ona görə də bu 3 məntəqədə səsvermənin nəticələri etibarsız hesab olunmalıdır".

Müzakiərdən sonra MSK 47 saylı Mingəçevir seçki dairəsi üzrə 3 - 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31