MSK 4 dairə üzrə QƏRAR VERDİ
19 Fevral 2020 16:22 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.
İlk məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə daxil olmuş müraciətlər qanunvericilkdə nəzərdə tutulan müddət ötməklə daxil olduğundan ərizəçilərə geri qaytarılmalıdır.
MSK üzvü İlham Məmmədov isə bildirib ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə daxil olan şikayətin araşdırma səlahiyəti DSK-da olduğu üçün müvafiq DSK-ya göndərilməldir.
Bu təkliflər səsə qoyulub və qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31