Ermənistanın danışıqlardan yayınmaq cəhdi

Ermənistanın danışıqlardan yayınmaq cəhdi

Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransından sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə "Münxen prinsiplərini" elan etdi. Bu yanaşma rəsmi Yerevanın növbəti dəfə danışıqların dinamikası fonunda prosesdən uzaqlaşmasına hesablanıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki,  Paşinyan "Münhen prinsipləri " elan etməklə Cenevrədə "Yenilənmiş Madrid Prinsipləri" üzrə aparılan danışıqlardan yayına bilməyəcək: "Çünki, Minsk qrupunun həmsədrləri buna imkan tanımayacaq. Onların masaya gətirdikləri həll variantını Paşinyan qəbul etməsə, substantiv danışıqlar davam etməsə, rəsmi Bakının hərbi variantlara əl atması baş verəcək. Buna ABŞ-ın göz yumması baş verə bilər. Sadəcə Paşinyan mart və aprel ayında Ermənistanda baş verəcək siyasi proseslərə görə öz məntiqi ilə davranır. O, Münxen Təhlükəsizlik konfransında acizliyindən bununla çıxmağa cəhd edir". Məhəmməd Əsədullazadə qeyd edib ki,  erməni baş nazirin "Münxen prinsipləri " danışıqlar predmeti ola bilməz və bu danışıqlardan yayınmaq cəhdidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31