Həyata keçirilən koordinasiyalı iş -Siyasət
Həyata keçirilən koordinasiyalı iş-TƏHLİL
19 Fevral 2020 15:13 SiyasətVə Azərbaycan həqiqətlərinin dünyaya çatdırıllmasında əldə edilən nəticələr
Azərbaycan xalqı XX əsrdə başına gətirilən müsibətlərdən daha birinin ildönümü ərəfəsindədir. Söhbət 28 il əvvəl erməni vandalları tərəfindən Azərbaycanın Xocalı şəhərində həyata keçirilən soyqırımdan gedir. 1992-ci ilin fevral ayının 26-da əli yalın xalqa qarşı tarixdə az-az görünmüş cinayətlərdən birini törədən ermənilərin Xocalıda törətdikləri soyqırımın ötən illər ərzində dünyada tanıdılması, bu faciəni Azərbaycan xalqına yaşadanların ədalət mühakiməsinə cəlb edilərək cəzalandırılması istiqamətində görülən işlər tam mənada istədiyimiz nəticəyə gəlib çıxmasa da, ancaq ümumilikdə ortaya qoyulan fəaliyyətlər, aparılan siyasət bir qədər təsəlliverici mahiyyət daşıyır. Məlumat üçün qeyd edək ki, ötən 28 il ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımını dünyaya çatdırmaq istiqamətində göstərdiyi fəaliyyətin nəticəsində onlaerla ölkə, eyni zamanda beynəlxalq təşkilat və qurum bu hadiəni soyqırım kimi tanıyıb, müxtəlif ölkələrin qanunverici orqanları həmin faciəni pisləyən bəyanatlar, qərarlar qəbul edib. Onu da xüsusi vurğulamaq lazımdır ki, Xocalı soyqırımının dünyaya çatdırılması, onun tanıdılmasında Heydər Əliyev Fondu, əsas etibarilə də fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamıtdəki fəaliyyəti mühüm əhəmiyyət daşıyıb. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın demək olar ki, əksər ölkələrində keçirilən müxtəlif tədbirlər, etiraz aksiyaları, anım proqramları həmin ölkələrdə Xocalı soyqırımı barədə ətraflı, müfəssəl məkumatların formalaşmasına, onun soyqırım kimi tanıdılmasına yol açıb. Kampaniyanın ilk günündən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşlkilatlarının da bu prosesdə yaxından və aktiv iştirakı da kampaniyanın uğurlu nəticələrə imza atmasına imkan yaradıb. Hazırda da Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində tədbirlər, etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulur ki, heç şübhəsiz ki, həmin tədbirlər də bu faciə barədə dünyanın daha müfəssəl və ətraflı şəkildə məlumatlamdırılması baxımından əhəmiyyətli olacaq. Bu arada məlumat üçün qeyd edək ki, faciənin 28-ci ildönümü ərəfəsində Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən mitinq fevralın 22-də baş tutacaq. Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.
Faciənin ildönümü ərəfəsində fevralın 26-da Niderland Krallığındakı Ermənistan səfirliyi qarşısında da soydaşlarımızın etiraz aksiyasının keçirilməsi nəzərdə tutulub. Həmin aksiyada da ermənilərin Xocalıda törətdikləri vəhşiliklrəi pisləyən şüarlar səsləndiriləcək, cinayətkarların cəzalandırılması tələb olunacaq.
Ötən illərdə Xocalı soyqırımının dünyaya çatdırılması, eləcə Azərbaycan həqiqərləri, erməni təcavüzü barədə beynəlxalq aləmin məılumatlandırılması istiqamətində görülən işlər və əldə edilən nıticələrə diqqət yetirsək aydın şəkildə görərik ki, bu prosesdə xüsusilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu fəaliyyəti daha aydın sezilir. Dünya Azərbaycanlıların ikinci qurultayında "Biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik" deyən Cənab Prezident bu tarixi çıxışı ilə xaricdə yaşayan soydaşlarımıza həm bir stimul verdi, həm də onların daha mütəşəkkil və çevik fəaliyyət göstərməsini şərtləndirdi. Tam əminliklə deyə bilərik ki, məhz Cənab Prezidentin məlum çağırışından sonra xaricdə yaşayan azərbaycanlıların qeyd edilən istiqamətdə fəaliyyətində müsbət tendensiya müşahidə edilməyə başladı. Leyla xanım Əliyevanın təşəbbüsü olan "Xocalıya Ədalət" kampaniyası isə bu prosesi bir qədər də sürətləndirdi, koordinasiyalı şəkildə fəaliyyət göstərmək üçün imkanlar yaratdı.
Məhəmməd
Olaylar.az