Ermənilərə ən yığcam, kəsərli və hər şeyə də nöqtə qoyan cavab -RƏY

Ermənilərə ən yığcam, kəsərli və hər şeyə də nöqtə qoyan cavab-RƏY

İlqar Altay: "Bundan sonra bütün beynəlxalq danışıqlar və görüşlərdə, xarici işlər nazirimiz, səfirlərimiz, diplomatlarımız ermənilərə bu təkmil və yekun sözü deməlidirlər"

"Sizə ikinci bir erməni dövləti qurmaq lazımdırsa, gedin bir başqa yer axtarın" (İlham Əliyev)

İstər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə Azərbaycandan qat-qat geridə olan işğalçı Ermənistan diplomatik sahədə də müntəzəm olaraq rəsmi Bakı qarşısında ciddi uğursuzluqlara düçar olur. Bu günlərdə Münxendə daha bir biabırçılıqla üzləşən Ermənistan rəhbərliyi təkcə diplomatik sahədə səriştəsiz olduğunu sübuta yetirmədi, eyni zamanda tarixi saxtalaşdırmaq, onu erməniləşdirmək kimi sərsəm iddiaları davam etdirməkdə olduğunu bir daha sübuta yetirdi. Ancaq Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan dolğun və hərtərəfli çıxışı erməni yalanlarını növbəti dəfə ifşa etdi. Bununla yanaşı rəsmi Bakı səviyyəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bir daha açıq şəkildə bəyan edildi ki, Azərbaycan heç bir halda torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Əslində dövlət başçısının bu mesajı həm də beynəlxalq aləmə yönəlmişdi. Cənab İlham Əliyev Münxendə Nikol Paşinyanı tənbeh etməklə bərabər, dünya birliyinə onu da çatdırırdı ki, bu tənbehlər nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz olacaq. Ona görə də, beynəlxalq aləm hərəkətə keçməli və işğalçını cəzalandırmalıdır ki, danışıqlar masasına otursun, problemin sülh yolu ilə həllinə maraq göstərsin.

Azərbaycan Prezidentinin Münxen görüşündə beynəlxalq aləmə verdiyi ikinci bir vacib mesaj isə bəzi beynəlxalq təşkilatlar, eyni zamanda müəyyən ölkələrin bir sıra hallarda xalqların öz müqəddəratını təyin etmə prinsipindən danışması ilə bağlı idi. Azərbaycan dövlət başçısı konkret olaraq bildirdi ki, ermənilər tarixdə bir dəfə öz müqəddəratlarını təyin edib və Ermənistan dövləti yaradıblar. Əgər yenidən eyni fikrə düşmək istəyirlərsə, o zaman dünyanın başqa bir  ölkəsinə getsinlər. Bu konkret olaraq dünyaya Azərbaycan Prezidenti tərəfindən ünvanlanmış mesaj idi ki, əgər xalqların müqəddəratı prinsipindən danışırsınızsa, o halda ermənilərə qucaq açın, onlara öz ölkənizdə yer verin. Beləliklə, ermənilər növbəti dəfə öz müqəddəratlarını təmin etsinlər. Azərbaycan ərazisində isə belə bir halın baş verməsinə isə rəsmi Bakı qətiyyən icazə verməyəcək.

Azərbaycan Prezidentinin Münxen müzakirələrində söylədiyi bu fikirlərə diqqət çəkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, bu Azərbaycan Prezidenti tərəfindən verilən ən təsirli, kəsərli bir cavab idi:  "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim budur ki, onlar öz ikinci dövlətini və ikinci dəfə müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa, xam yer axtarsınlar, Azərbaycanda yox". Bu deyim, 30 ildə Qarabağla bağlı Azərbaycan - Ermənistan münaqişəsi, mübahisəsi, arqument savaşında ermənilərə ən yığcam, kəsərli, təsirli, mədəni və hər şeyə də nöqtə qoyan cavabdır ki, bunu Münxen konfransındakı dünya qarşısında Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın açıqca üzünə dedi. Sözün açması da budur. Sən bir kiçik etnik xalq olaraq Azərbaycanda, Azərbaycan ailəsi ilə tam səmimi ürəklə qarışıb, Azərbaycan dövlətimizin ıçində yaşayıb, yaradıb inkişaf etmək istəyirsən, buyur, tam, bərabər hüquq, şərait, imkanla yaşa. Yox, əgər ürəyindən ayrıca dövlət qurmaq kecir, bizi bəyənmirsənsə, get cəhənnəm ol, özünə bu dünyada başqa, xam torpaq axtar, tap". İlqar Altay qeyd edib ki, torpaqdan pay olmaz. Vətən torpağı bölünməz: "Azərbaycan dövləti Tanrının, Talenin, Dünyanın, beynəlxalq hüququn iradəsi və təsdiqi ilə, artıq, müəyyən olunub. Öz konkret xalq tərkibi, ərazisi və dövlət atributları, simvolları ilə rəsmi tanınıb. Necə ki Birləşmiş Ştatlar, Yaponiya, Çin, Almaniya dövlətləri. Azərbaycan dövlətini təzədən dərzilik edib, ölçü qayçı götürüb kətan parça kimi bölmək xülyadır, dünya dövlətlərinin yeni, biçilib bölünməsi kimi. Paşinyan kimisi yox, agıllı insan, ağıllı siyasətçi anlayır ki, Azərbaycan dövlətinin separatçı kimi fikirlərlə bölünməsi, Ukrayna və Gürcüstanın, ya İspaniyanın, Britaniyanın bölünməsinə müvafiq, presedentdir. Və Azərbaycan dövləti, xalqı belə bölücülüyə qarşı istənilən sərt addımla haqlıdır. Bunu Azərbaycan ailəsi içində yaşayıb, separat bölücü sindromuna uymuş bəziləri də, anlasın. Yenə qayıdıram, bu təkmil yekun sözə. "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim budur ki, onlar öz ikinci dövlətini və ikinci dəfə müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa, xam yer axtarsınlar, Azərbaycanda yox!" Bəli bu, sözün bitdiyi yerdir. Bundan o yana isə hərəkətdir. Bundan o yana, Azərbaycan dövləti və xalqının iradəsi, Azərbaycan ordusunun isə qüdrətidir. İşğalçı erməni dığasını, həmin aprel təpkisinin 10 qatını tətbiq edib süpürüb atmaq. Bəli, bundan sonra bütün beynəlxalq danışıqlar və görüşlərdə, xarici işlər nazirimiz, səfirlərimiz, diplomatlarımız ermənilərə bu təkmil və yekun sözü deməlidirlər. Sizə ikinci bir erməni dövləti qurmaq lazımdırsa, gedin bir başqa yer axtarın".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31