Münhendə Azərbaycan rüzgarı -Təhlil

Və erməni diplomatiyasına növbəti sarsıdıcı zərbə

Almaniyanın Münhen şəhərində Təhlükəsizlik Konfransı və konfrans çərçivəsində baş tutan Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ probleminə həsr olunmuş debatının üzərindən bir neçə gün keçsə də, lakin hələ də bu istiqamətdə müzakirələr davam etməkdədir. Təkcə Azərbaycan və Ermənistan mediası deyil, eyni zamanda dünyanın nüfuzlu kütləvi informasiya vasitələri də son günlər gündəmin əsas mövzusu kimi məhz Münhen müzakirələrini seçiblər. Dünya KİV-lərinin əksəriyyətinin yazdığı materiallarda Azərbaycanın Münhendə diplomatik cəhəıtdın üstünlüyündən bəhs edilir. Həqiqətən də KİV-lərin proseslərə yanaşmasını bir kənara qoyub Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yaşananlara diqqət etdikdə mənzərə aydın şəkildə göz önünə gəlir. Daha dəqiq desək Azərbaycanın hər zamankı kimi üstün durumda olması görünür.

Əvvəla, sözügedən konfrans çərçivəsində həm tədbir təşkilatçıları, həm də burada təmsil olunan ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatların Azərbaycan nümayəndə heyəti, xüsusən də Prezident İlham Əliyevə göstəriikləri diqqətə nəzər yetirək. Xəbərlərdən də izlədiyimiz kimi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla ikitərəfli görüş keçirdi. Həmin görüşlər həm ayrı-ayrı ölkıələrin rəhbərləri, həm də müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəsmilər ilə reallaşdı. Keçirilən görüşlərdə əsas müzakir edilən məsələlər isə regionda təhıükəsizliyin təmin edilməsi, enerji sahəsində səmərəli əməkdaşlıq, eləcə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi oldu. Azərbaycan rəhbərliyinin keçirdiyi ikitərəfli görüşlərdən fərqli olaraq Erməmnistanın baş naziri Nikol Paşinyanın bir araya gəldiyi ikitərəfli görüşlər isə kifayət qədər məhdud sayda idi. Bu da Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasına olan maraqdan, rəsmi Bakı ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə olan diqqətdən irəli gəlirdi. Digər tərəfdən Azərbaycanın regiuonun aparıcı dövlət kimi bir sıra qlobal əhəmiyyətli layihələrə də təşkilatçılıq etməsi, Cənubi Qafqazın əsas enerji mərkəzi kimi qəbul olunması ölkəmizə olan marağın artmasını şərtləndirən başlıca amillərdən idi. Elə bu səbəbdən də bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Münhen Təhlükəsizlik Konfransında da Ermənistan demək olar ki, arxa fonda qaldı.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri arasında Dağlıq Qarabağ probleminə dair baş tutan debat da Ermənistan üçün heç də uğurlu olmadı. Daha dəqiq desək işğalçı ölkə və onun rəhbərliyi hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın qarşısında acız duruma düşdü, növbəti diplomatik zərbıəni aldı. İşğalçı ölkənin baş nazirinin yalan və tarixi saxtalaşdırmaq üzərində qurduğu çıxışını diplomatik və tarixi faktlarla alt-üst edən, növbəti dəfə Ermənistan rəhbərliyini dünya birliyi qarşısında biabırcasına diplomatik məğlubiyyətə uğradan Azərbaycan rəhbərinin, Cənab Prezident İlham Əliyevin məntiqli və tutarlı cavabları hətta Paşinyanı "Qarabağ Azərbaycanındır" etirafını etməyə məcbur etdi. Əslində isə bu ifadə işğalçı ölkə rəhbərliyinin işğal altında olan ərazilərimizdə sərsəmlədiyi "Qarabağ Ermənistandır, nöqtə" məntiqsiz fikirlərinin dolayı yolla təkzibi idi.

Münhendə keçirilən debat zamanı diplomatik uğursuzluğa düçar olan Ermənistanın Dağlıq Üarabağ problemini sülh yolu ilə həllinə hazır olmadığını da bir daha ortaya qoymuş oldu. Elə həmin debat ərəfəsində, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə ikitərəfli formatda görüş keçirilən zaman erməni vanadallarının cəbhə xəttində bir hərbiçimizi şəhid etməsi də Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olmasının göstəricisi idi.

Münhen debatında bir məsələ də bir daha aydın şəkildə Azərbaycan rəhbərliyinin dilində həm Paşinyan, həm erməni xalqı, həm də dünya birliyinə net olaraq çatdırıldı ki, Azərbaycan heç bir halda torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Əgər dünya birliyi, xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə götürın ATƏT-in Minsk qrupu qısa müddətdə problemin həlli istiqamıtində səmərəli addımlar atmasa, o halda Erməniustanın yenidən cəzalandırılması qaçılmaz olacaq. Necə ki, 2016-cı ilin Aprelində işğalçı ölkə belə bir cəzanı aldı.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31