Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı krallığının rəsmiləri ilə görüşəcək
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı krallığının rəsmiləri ilə görüşəcək
18 Fevral 2020 12:02 SiyasətQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına səfərə yola düşür. "Olaylar"ın məlumatına görə, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək. Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada - Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq. Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri Allahşükür Paşazadə həzrətlərinin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.