MSK bu məntəqələrin nəticələrini LƏĞV ETDİ
MSK bu məntəqələrin nəticələrini LƏĞV ETDİ
17 Fevral 2020 16:54 SiyasətMərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.
Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər: "Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb".
MSK üzvü həmin dairənin 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.