MSK bu dairələrlə bağlı QƏRAR VERDİ
MSK bu dairələrlə bağlı QƏRAR VERDİ
17 Fevral 2020 16:36 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 46 saylı Şirvan seçki dairəsi və 88 saylı Göyçay seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.
Həmin şikayətlərin müvafiq dairə seçki komissiyaların göndərilməsi ilə bağlı qərar qəbul edilib.
***
MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan müvafiq DSK-ya göndrilməlidir. Bu barədə müvafiq qərar qəbul edilib.
A.Muxtarova daha sonra bildirib ki, 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər seçki dairəsi üzrə (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlər qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndərilməlidir.
Daha sonra bu şikayətlərin ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.