“Münhen debatı bütün dünyaya siyasi dərs olmalıdır” – Şərh
“Münhen debatı bütün dünyaya siyasi dərs olmalıdır” – Şərh
17 Fevral 2020 16:34 Siyasət"Münhen debatı bütün dünyaya siyasi dərs olmalıdır. Tarixi hadisədə QARABAĞ torpağının Azərbaycan xalqına məxsus olması, daşnaq ermənilərin bu torpaqlara təcavüz edərək oranı işğal etməsilə bağlı əsaslı sübutlar ortaya qoyuldu. Diqqət çəkən xüsusi məqamlardan biri qarşı tərəfin ölkəmizin prezidenti cənab İlham Əliyevin sübutları önündə "siyasi diz çökməsi"dir. Siyasi həyatda səhvlər bağışlanmaz. Hər bir siyasi lider işlətdiyi ifadələrin sahibi olmalıdır. Hər bir işlətdiyi söz və ifadə öz xalqını, dövlətini tərənnüm edir. Paşinyanın sözlərində və işlətdiyi ifadələrdə çaşmağı əslində doğru tarixi sübutlarının olmadığını göstərdi. Əgər debatı qarşılıqlı şəkildə təhlil edərsək, bunu görə bilərik ki, ermənistan vahid bir ölkə kimi öz müqqəddaratını özü həll etməyi heç vaxt bacarmayı. Bir sıra ölkələr onlara yaşamaq üçün mülklər, ərazilər verdiyi təqdirdə, ermənilər daşnaq siyasətləri ilə bu torpaqları işğal edərək öz dövlətlərini yaratmağa çalışmışlar. Qarabağ torpaqları da bu işğalın qurbanı olmuşdur".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, həqiqətlər qarşısında hər zaman baş əymək vacibdir: "Prezident İlham Əliyev həqiqətləri çatdırdığı təqdirdə qarşı tərəf müxtəlif mənbələrə müraciət etməsinə baxmayaraq, müxtəlif əsaslar axtarmağına baxmayaraq bir ifadə bəyan etdi: "Qarabağ Azərbaycanın bir hissəsidir". Bu işğalçılıq siyasətinin rəsmi qəbul edilməsi hesab edilməlidir. Paşinyan özü özlüyündən asılı olmayaraq tarixi əsası sübut etmişdir. Lakin bunu qəbul etmək istəmir. Debat nəznində onun müraciət etdiyi dünya liderləri bir növ ölkəsinin o dövlətlərlə münasibətini də təzahür edir. Bu dövlətlər arasında qardaş ölkə Türkiyə lideri Atatürkün adı da çəkilir. Burada əsas məqsəd dostluq münasibətlərinə ziyan etməkdir.
Ölkə Prezidenti İlham Əliyev qarşılıqlı müzakirədə inamlı, azad, müstəqil respublikamızı eləcə də, xalqımızı təmsil etmişdir. İlham Əliyevin dəlilləri beynəlxalq təşkilatların uzun müddət müzakirə məsələsi olacaqdır. Bu müzakirələr ədalətli qərarların verilməsinə təsir edə bilər".