Debat Ermənistan tərəfinin ağır məğlubiyyəti ilə tarixə düşdü- Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü bildirib ki  Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü işğalçı tərəf üçün sarsıdıcı zərbə oldu: " Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq arenada baş tutan debat Ermənistan tərəfinin ağır məğlubiyyəti ilə tarixə düşdü. Küçələrdən gəlmiş, populist şüarlarla hakimiyyəti ələ almış, artıq ölkə daxilində nüfuzunu itirməkdə olan Nikol Paşinyan beynəlxalq arenada növbəti dəfə siyasi nokauta düşdü. Prezident İlham Əliyevin debatda tarixi məqamları qeyd etməsi, bu məqamların hamsının real faktlardan ibarət olması Paşinyan üçün sürpriz oldu. Kürəkçay müqaviləsi də, digər rəsmi səndələr də ermənilərin əleyhinədir və onların bura sonradan köçürülməsini təsdiq edən ən mühüm faktlardır. Zərbədən özünə gələ bilməyən Paşinyanın eramızdan əvvələ gedərək heç bir dəlil-sübutu olmayan uydurma tarixdən danışması onun özün pis vəziyyətə qoydu. Bu çaşqınlıq idi ki, Paşinyan Şaumyan rayonu məsələsindən danışarkən onun Qarabağda olması fikrini səsləndirərək özünü gülünc vəziyyətə qoydu. İlham Əliyevin müdaxiləsi ilə səhv etdiyini etiraf etməyə məcbur olan Paşinyan təşəbbüsü artıq tamamilə əldən vermişdi. Prezident İlham Əliyevin siyasi lider kimi hazırlığı, tarixi, hüquqi, siyasi bilgilərinin hərtrəfliliyi debatın bütövlükdə onun üstünlüyü ilə keçməsilə nəticələndi. Paşinyan çıxışında Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını təsdiqləməklə özünü də, erməni tərəfini də çətin vəziyyətə saldı. Erməni baş nazirin oğlunun hərbi xidmət keçmək üçün Qarabağda olduğunu söyləməsi elə işğal faktının ən yüksək səviyyədə etirafı idi. Azərbaycan prezidentinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri dilə gətirilməsi erməni tərəfi üçün gözlənilməz məqamlardan biri oldu. Paşinyanın Rusiyada çalışan erməni əsilli jurnalistlərə istinadən Xocalı haqqında yalan danışmağa cəhd göstərməsi İlham Əliyev tərəfindən darmadağın edildi. Eks-prezident Ayaz Mütəllibovun adından saxta fikirlər yaymağa çalışan Paşinyana İlham Əliyevin "Azərbaycanın keçmiş prezidentinin rəsmi bəyanatına əsaslanaraq deyirəm ki, o heç vaxt belə bir fikir işlətməyib" qeydi tərs şillə effekti verdi. Prezident İlham Əliyevin "Dağlıq Qarabağ Respublikası"nın heç bir dövlət tərəfindən tanınmadığını dilə gətirməsi, BMT Təhülkəsizlik Şurasının qətnamələrini xatırlatması çox önəmli idi. Çünki erməni siyasitəçiləri Ermənistanı bu münaqişədə tərəf olmaqdan qurtarıb Azərbaycanı qondarma respublika ilə üzbəüz qoymaq və onun rəsmi Bakı tərəfindən tanındığı görüntüsünü yaratmağa çalışırlar. Bundan başqa ermənilər BMT qətnamələrini də öz maraqlarına uyğun formada şərh edərək məsuliyyətdən yayınmağa cəhd göstərirlər. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ermənilərin bu arzusunu da gözündə qoymuş oldu. Ermənilərin faktları saxtalaşdırmaqla beynəlxalq ictimaiyyətin gözünə kül üfürməyə çalışması Prezident İlham Əliyevin səylərilə darmadağın oldu. Yerində rahat otura bilməyən, tez-tez sağa-sola vurnuxan, rabitəsiz nitqi və hərəkətləri ilə diqqəti cəlb edən Ermənistan hökumət başçısı anladı ki, qarşısında meydanlarda aldatdığı zavallı erməni xalqı yox, dövlət və dövlətçilik təcrübəsi olan, peşəkar bir siyasi lider var. Anladı ki, İlham Əliyev kimi rəhbərə malik olan bir dövlətin torpaqlarını uzun müddət işğalda saxlamaq, yerli və beynəlxalq ictimaiyyəti davamlı şəkildə aldatmaq mümkün olmayacaq. Bu torpaqların sahibi olan azərbaycanlılar gec-tez öz yurdlarına qayıdacaq və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31