İlham Əliyevin arqumentləri Paşinyanın vəziyyətini pisləşdirdi

Azərbaycan və Ermənistan liderlərinin ilk açıq debatı... İlham Əliyevin arqumentləri Paşinyanın vəziyyətini pisləşdirdi.Bu  fikirləri   feysbuk  səhifəsində  politoloq  Tahir  Tağıyev  bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana üçüncü sərrast zəbəni dünən Münxendə vurdu. Münxendəki panel müzakirələri həm də Azərbaycan və Ermənistan liderlərinin ictimaiyyətə açıq ilk debatı kimi tarixə düşdü.
Prezident Əliyev tarixi faktlarla Ermənistanın saxtakar, qəsbkar və təcavüzkar mahiyyətini bütün dünyaya göstərdi. Paşinyana siyasi dərs verən Əliyev, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkənin əsl çirkin mahiyyətinin dəyişmədiyini də tarixi faktlarla ortaya qoydu və işğalçı ölkə rəhbərini geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə saldı.
Təsəvvür edin, Paşinyana özünü o qədər itirir ki, bəzən Azərbaycana iftira atır, bəzən də öz əsassız bəyanatlarını biabırçı şəkildə elə özü ifşa edir.
Elə bunu nəticəsidir ki, bütün erməni diaspor və lobbi təşkilatları Paşinyanın üstünə yeriməyə başlayıblar. Paşinyanı siyasi savadsızlıqda günahlandıran ermənilər sosial şəbəkələrdə onun bütün parametrlərdə İlham Əliyevə uduzduğunu açıq etiraf edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31