“Münhendəki debat bir daha onu göstərdi ki,...”
Partiya sədri: “İndi Qarabağ savaşında növbəti dönəm başlayıb”
16 Fevral 2020 16:25 SiyasətPartiya sədri: "İndi Qarabağ savaşında növbəti dönəm başlayıb"
"Münhendəki debat bir daha onu göstərdi ki, indi Qarabağ savaşında növbəti dönəm başlayıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, bu, Azərbaycanla Ermənistan arasında cərəyan edən intellektual savaş, ideoloji savaş dönəmidir: "Və bu dönəmə təkcə Prezident İlham Əliyev deyil, biz hamımız hazır olmalıyıq. Dövlətimizin başçısı dünən mükəmməl mövqe sərgilədi, performans göstərdi. İlham Əliyevə afərin. Qürur duydum. Düşmənlərimizi bütün müstəvilərdə bax bu cür darmadağın etməliyik".
Partiya sədrinin sözlərinə görə, bəzi insanlarımızın sözügedən debatda Paşinyana üstünlük verməsi isə korazehinlik və manqurtluqdur: "Düşmənə heyranlıq göstərənlər özləri də düşməndir".