Erməni tərəfi debatlara artıq uduzmuş halda girir

Fevralın 15-də Münhen təhlükəsizlik konfransı çərçivəsində, Azərbaycan- Ermənistan- Dağlıq Qarabağ münaqişəsi ətrafında panel müzakirələr keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında baş tutan canlı debatda, tərəflər bir daha öz mövqelərini bəyan edib, iştirakçıların müxtəlif suallarını cavablandırıblar. Debat müddətində tarixi faktlarla erməni tərəfini mat vəziyyətinə salan Azərbaycan Prezidenti Cənab İlham Əliyev həmçinin bu tribuna vasitəsilə ölkəmizin mövqeyini, prinsipiallığını bir daha dünya birliyinə çatdırıb.

"OLAYLAR" xəbər verir ki, sözügedən debat barədə fikirlərini ifadə edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki,  Münxen Təhlükəsizlik Konfransında birmənalı olaraq debat, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan üzərindəki arqument üstünlüyü ilə keçdi: "Çünki bu söhbət Qarabağ münaqişəsindən gedirdi və burada da bütün haqq-ədalət, bütün məntiq Azərbaycanın tərəfindədi. Erməni debata artıq uduzmuş girir. Yalnız bir faktı götürək. Görün bu Paşinyan təlxək nə qədər arqumentə və məntiqə möhtac həddinə gəlib ki, dünyanın bildiyi, canlı faktlar sübutlarla təsdiqini tapmış, 650 nəfərdən çox qətli, yüzlərlə yaralı, yüzlərlə əsiri olan, hələ də şahidləri sağ olan və yaraları qurumamış tarixin Xocalı faciəsini inkar etmək agılsızlığına düşüb. Nə əsasla? Hansısa qərəzli siyasətçinin, hansısa erməniçi Rusiya qəzetinə verib-vermədiyi naməlum qərəzli müsahibəsilə. Ay küt siyasətçi, bir müsahibədəki bir cümlə ilə bir faciəli kütləvi qırğını (siyqırımı) heç inkarmı etmək olar? Bu məsələn 100 il əvvəl Münxenin qaranlıq tinində törədilən bir şəxsin müəmmalı qətldirmi ki, deyəsən, bizlik deyi, intihar edib? Bu boyda qırğın-qiyaməti hara itiriə bilərsən ki?".

İlqar Altay onu da deyib ki, bunlar Azərbaycanın hərbi qüdrətini görməlidir: "Bu cür təlxəkliklərin qarşısını sərt şapalaq alır! Xocalı soyqırımı istintaqını da gücləndirməliyik. Beynəlxalq məhkəməyə çıxarmaq təkidi ilə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31