Musa Qasımlıdan İlham Əliyevlə Paşinyanın fotoşəklinə rəy- "Bədən dili" baxımından qiymət verməyinizi istərdim...
16 Fevral 2020 11:26 SiyasətPolitoloq Musa Qasımlı Münhen təhlükəsizlik konfransında prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın fotoşəklinə maraqlı bir rəy yazıb.
"Əziz dostlar! Cənab Prezidentimiz İlham Əliyevin Münhen təhlükəsizlik konfransında qonşu ölkənin Baş Naziri Nikol Paşinyanla debatına baxmısınız. Baxmayanlara baxmağı tövsiyə edirəm. Millətimizi və dövlətimizi bir daha ən gözəl səviyyədə təmsil edən cənab Prezidentimiz həm mükəmməl nitqi, həm də ali davranışı ilə Paşinyanı rəzil etdi. Fəxr etdik. Prezidentimizin müasir diplomatiyada mövcud olan "bədən dili" də qürurverici idi. Elə bu fotoşəklə də "bədən dili" baxımından qiymət verməyinizi istərdim...!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
