İlham Əliyev Paşinyanı üzr istəməyə məcbur etdi

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debatda gülməli vəziyyət yaşanıb.

Panel müzakirəsində N.Paşinyan çıxışında keçmiş Şaumyan rayonunun (Gülüstan) Dağlıq Qarabağa aid olduğunu deyib.

Prezident İlham Əliyev isə dərhal buna reaksiya verib: "Şaumyan Dağlıq Qarabağa daxil deyil".

Paşinyan bundan sonra mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona Şaumyanın Dağlıq Qarabağa aid olmadını xatıradıb.

Bundan sonra isə Paşinyan səhvinə görə üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31