Prezident İlham Əliyev: Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır
15 Fevral 2020 22:40 SiyasətStatus məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31