İlham Əliyevin Münxendə “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı mühüm əhəmiyyət kəsb edir

Ötən gün respublikamızın Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirakı ölkə üçün mühüm əhəmiyyət kəsb edir.Bu sözləri  Olaylar.az-a siyasi ekspert Əli  Miriyev  deyib. Dəyirmi masada ölkəmizdə son illərdə enerji sahəsində həyata keçirilmiş və keçiriləcək layihələr haqqında məlumatlar verilmişdir. Layihələrin uzunmüddətli proqramı enerji sahəsinə olan diqqətin bariz nümunəsi hesab edilməlidir. Ölkəmizin qarşısına qoyduğu əsas məsələ sabiq enerji təhlükəsizliyinin, eləcə də enerji ehtiyyatlarının yaradılmasıdır. Ötən il ölkəmiz TANAP qaz boru kəmərinin istismara verilməsinə nail olmuşdur. TANAP tükənən enerji ünsürlərindən biri olan qazı Bakıdan Avropa qədər daşınmasına yardım edir. TANAP ölkənin əlaqələrinin daha da artmasına yardım edir. Digər danışılan məsələlərdən biri isə bərpaolunabilən enerjinin formalaşdırılmasıdır. Bu məsələ ilə bağlı yeni layihələrin icrası üçün ölkədə böyük tədbirlər həyata keçirilir. Bu layihələrə külək və günəş elektrik stansiyalarının yaradılmasıdır. Burada əsas məqsəd 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Ölkə BP şirkəti ilə müqaviləsini uzatmış bununla ənənəvi neft istehsal edən ölkələrdən biri olacaqdır. Ölkəmizin 2050-ci ilə qədər sabiq istehsal profili olacaqdır. Ölkəmizin inkişafı istiqamətində 5 təklif də irəli sürürübdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31