MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək (ƏLAVƏ OLUNUB)

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Trend-in məlumatına görə, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir.

İclasda bildirilib ki, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 8 saylı Binəqədi birinci, 15 saylı Yasamal birinci, 34 saylı Xətai İkinci, 13 saylı Xəzər-Pirallahı, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci (Gəncə), 32 saylı Suraxanı üçüncü, 29 saylı Səbail, 63 saylı Sabirabad birinci, 47 saylı Mingəçevir, 31 saylı Suraxanı ikinci, 16 saylı Yasamal ikinci, 60 saylı Salyan-Neftçala, 107 saylı Qazax, 18 saylı Nərimanov-Nizami, 84 saylı Füzuli, 17 saylı Yasamal üçüncü, 31 saylı Suraxanı, 23 saylı Nəsimi-Səbail, 77 saylı Astara, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci (Gəncə), 32 saylı Suraxanı üçüncü, 82 saylı Ağcəbədi, 25 saylı Nizami ikinci, 120 saylı Cəbrayıl-Qubadlı, 57 saylı Kürdəmir, 18 saylı Nərimanov-Nizami, 95 saylı Tərtər, 46 saylı Şirvan, 78 Lerik, 84 saylı Füzuli, 12 Qaradağ-Binəqədi-Yasamal, 79 saylı İmişli şəhər, 91 saylı Ucar, 11 saylı Qaradağ, 85 saylı Şamaxı, 19 saylı Nərimanov birinci, 70 Masallı şəhər seçki dairələri üzrə müraciətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Xatırladaq ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31