MSK sədrinin müavini: Bəzi namizədlər cəmiyyəti çaşdırır
15 Fevral 2020 14:17 SiyasətBəzi namizədlər seçilməmələri ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə edir. Bəzi namzədlər isə öz fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bəzi namizədlər iddia edirlər ki, MSK onların müracətinə baxmayıb: "Ancaq bu yalnışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlərə də daxil olduğu halda baxıb qərar verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31