MSK sabaha yenə iclas təyin etdi – Bəxtiyar Hacıyevin də şikayətinə baxılacaq
14 Fevral 2020 22:34 SiyasətMərkəzi Seçki Komissiyasının sabah yeni iclası keçiriləcək.
Bu barədə deputatlığa namizəd Bəxtiyar Hacıyev məlumat verib. Ona bu barədə MSK-dan deyilib. MSK sabah onun 29-cu Səbayil seçki dairəsi ilə bağlı şikayətinə baxacaq.
İclasda həmçinin seçkilərin nəticələri ilə bağlı digər deputatlığa namizədlərin müraciətlərinə baxılacağı gözlənilir.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31