“Bir neçə dairədə baş verən qanunsuzluq ümumən seçkinin demokratikliyinə kölgə sala bilməz” – Şərh
“Bir neçə dairədə baş verən qanunsuzluq ümumən seçkinin demokratikliyinə kölgə sala bilməz” – Şərh
14 Fevral 2020 16:04 Siyasət"Seçki üçün ölkədə yaradılmış xüsusi komitə onu tənzimləyir və dövlət üçün əhəmiyyət daşıyan seçki proseslərinə nəzarəti həyata keçirir. Ötən günü dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən seçki hadisəsi - parlament seçkiləri həyata keçirildi ki, bəzi xoşagəlməz hadisələr baş vermişdi. Lakin sevindirici hal ondan ibarət idi ki, mətbuata açıq olan seçkidə bütün hadisələr istənilən halda xalqa çatdırıldı. MSK vətəndaşların ciddi səyi nəticəsində bəzi məntəqələrdə nəticələri ləğv etdi. Bu ondan irəli gəlir ki, məntəqədə qalib gəlmiş nümayəndələr xalqın fikirlərini öyrənmirdilər. Məlumatlı deyildirlər. Ədalətli qərar bu idi. Məhz bu da qəbul edildi".
Bu fikirləri Olaylar.az-siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, bir neçə seçki dairəsindəki qanunsuzluq ümumən seçkinin demokratikliyinə kölgə sala bilməz: "MSK ədalətli qərar qəbul edib. Bu qərar isə müşahidə əsasında baş verib. Müşahidə prosesində digər məntəqələrdə də problem yaşanıb. Deyə bilərəm ki, bəzi məntəqələrdə də dəyişikliklər olmalıdır. Daha dəqiq şəkildə araşdırılmalıdır. Çünki mətbuat beynəlxalq mühitə açıqdır".